Erməni millətçiləri imperator I Nikolayı "əli qanlı diktator" adlandırdılar

4 Mart 2020 19:24

"Sasna tsrer" erməni millətçi partiyası Rusiyanın Gümrüdəki hərbi bazasında imperator I Nikolayın büstünün ucaldılmasını tənqid edən bəyanatla çıxış edib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bəyanatda deyilir:

"Biz hökuməti passivlikdə ittiham edirik. Ermənsitanda hakimiyyət dəyişdikdən sonra suverenliyin möhkəmlənməsi əvəzinə, daha da zəiflədiyini görürük. Belə ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında I Nikolayın büstünün ucaldılmasının şahidi olduq.

I Nikolay əli qana bulaşmış diktator olub. Vaxtilə o, vahid erməni vilayətini ləğv etməklə erməni dövlətçiliyinin bərpa olunmsının perspektivlərini dəfn etmiş olub.  

Onun büstünün ucaldılması Rusiyanın imperiya əhval-ruhiyyəsinin yenidən oyanmasından və sərt kolonializmin bərpa olunmasından xəbər verən bir mesajdır.

Rusiyada general Andronikin heykəlinin götürülməsi və Qeregen Nijdenin memorial lövhəsinin təhqir olunması da bunu sübut edir".

Milli.Az