Azərbaycan idmançıları koronavirusa görə Qran-priyə gedə bilmədi

4 Mart 2020 19:04

Martın 6-8-də Mərakeşin paytaxtı Rabatda keçirilməli olan cüdo üzrə Qran-pri turniri ləğv olunub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytı məlumat yayıb.

Turnirin təxirə salınmasına səbəb koronavirus epidemiyası olub. Yarış Mərakeş hökumətinin qərarı ilə ləğv edilib. Bildirilib ki, ölkədəki bütün beynəlxalq idman yarışları, sərgilər və kütləvi toplantılar ləğv edilib və ya təxirə salınıb.

Qeyd edək ki, yarışda öncədən Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulduşdu.

Milli.Az