Məşhur serial yenidən çəkilir - FOTO

4 Mart 2020 19:34

2000-ci illərə damğa vuran "Gossip girl" (Qeybətcil qız) serialı geri qayıdır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, orijinal serialdan 8 il sonra baş verənləri aktyorlar Emili Alin, Uitni Pik, Eli Braun, Conatan Fernandez və Ceyson Qotey canlandıracaq.

Qeyd edək ki, "HBO Max"da yayımlanması planlaşdırılan serialda Nyu-Yorkun özəl məktəblərinin birində baş verən hadisələrdən bəhs ediləcək.

Milli.Az