AFFA "Fənərbağça"dan qovulan baş məşqçini millimizə gətirir?

4 Mart 2020 18:19

Türkiyəli mütəxəssis Abdullah Avcı ilə Azərbaycan millisinin "sükanı arxasına" keçmək məsələsində razılığa gələ bilməyən AFFA, diqqətini "Fənərbaxça"nın baş məşqçi postundan ayrılan Ərsun Yanala çevirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb. Xəbərdə, AFFA rəhbərliyinin yaxın günlərdə Ərsun Yanalla əlaqə quracağı bildirilib. AFFA-nın türk mütəxəssisə milli komandanın baş məşqçi postu üçün rəsmi təklifini bildirəcəyi gözlənilir.

Türkiyə mətbuatı bir müddət əvvəl də Yanalın adını Azərbaycan milli komandasıyla yanaşı hallandırırdı.

Milli.Az