Yunan sərhədçiləri qaçqınlara atəş açdı: Ölən və yaralananlar var - FOTO

4 Mart 2020 15:36

Türkiyə ilə Yunanıstan sərhədindəki neytral zonada yunan əsgərləri suriyalı qaçqınlara atəş açıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qaçqınlar arasında yaralananlar var.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər isə yaralanıb.

Xatırladaq ki, Türkiyə Avropa sərhədlərini açandan sonra suriyalı qaçqınlar Yunanıstan sərhədinə axışıblar. Yunanıstan sərhədçiləri isə qaçqınları ölkələrinə buraxmırlar.

Milli.Az