Tacikistanda koronavirusa görə məscidlər bağlandı

4 Mart 2020 18:14

Tacikistanda koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə məscidlər müvəqqəti bağlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dini İşlər üzrə Komitə qərar verib.

Qeyd olunur ki, bu qərar preventiv xarakter daşıyır.

Xatırladaq ki, Covid-19 virusu 73 ölkədə yayılıb.

Çində 90 min yoluxma qeydə alınıb, ölənlərin sayı 3 minə yaxınlaşıb. Digər ölkələrdə isə 10 mindən çox yoluxma, 160-dan çox ölüm faktı qeydə alınıb.

Milli.Az