"Foqtsun bu vəzifədə fəaliyyətini davam etdirməsi düzgün qərardır"

30 Noyabr 2011 23:32
AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov bu gün keçirilmiş iclasdan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
 
"Müzakirələrdə daha çox millinin baş məşqçisi Berti Foqtsun komandada yaratdığı güclü nizam-intizam, həmçinin görülən işlərin elmi cəhətdən əsaslandırılması qeyd olundu. Düşünürəm ki, Berti Foqtsun bu vəzifədə fəaliyyətini davam etdirməsi düzgün qərardır. Çünki hər hansı vəzifəyə yeni təyin olunmuş şəxsin işi lazımi səviyyədə qurması üçün müəyyən qədər vaxta ehtiyac var. Berti Foqts isə artıq 3 ildən artıqdır ki, millinin baş məşqçisi kimi fəaliyyət göstərir.
 
Hər bir klubun özünün stadionu, güclü maddi-texniki bazası olmalıdır. "İnter" klubu bir neçə ildir "Şəfa" stadionunda böyük işlər görür və İcraiyyə Komitəsinin bugünkü qərarı klubun qeyd olunan istiqamətdə fəaliyyətini davam etdirməsinə yaxşı şərait yaradacaq".

Milli.Az