Türkiyəli nazir iranlı nümayəndə heyəti ilə görüşdən imtina etdi

4 Mart 2020 12:53

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirus təhlükəsi ilə əlaqədar İrandan olan nümayəndə heyəti ilə görüşdən imtina edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nümayəndə heyəti virusla mübarizə tədbirlərini müzakirə etmək üçün bu gün Ankaraya gəlməli idi.

Türkiyəli nazir müzakirələrin "Skype" vasitəsilə keçirilməsini təklif edib.

Milli.Az