Böyrək ağrısı necə əmələ gəlir?

19 İyul 2020 23:30

Böyrəkdə daşın və ağrının necə əmələ gəlməsi haqqında araşdırmanı təqdim edirik.

Milli.Az xəbər verir ki, böyrəyin əsas funksiyası qandakı zəhərli maddələri süzərək edərək sidik vasitəsi ilə atmaqdır. Bədəndə çox olan maddələr bir-birinə yapışaraq kristallaşır və böyrək daşlarını əmələ gətirir. Böyrək daşının olmasını göstərən ağrı böyrək üstü şiddətli ağrıdır. Eyni zamanda daş yad cisim olduğuna görə sidikdə infeksiyaya səbəb olub, yüksək temperatur verə bilir. Bəzən ani böyrək ağrısı səbəbi ilə mədə-bağırsaq əzələləri spazm verərək daha da şiddətli ağrıya səbəb ola bilir. Daş böyrək hovuzu deyilən kanalı tıxayaraq yüksək su təzyiqi yaradır. Və nəticədə ən şiddətli ağrılardan sayılan böyrək ağrısı əmələ gəlir. Bəzən içilən ağrı kəsicilər kömək etmədiyi üçün həkimlər damardan vurulan iynə ilə ağrıya müdaxilə edirlər. (ölkə.az)

Milli.Az