Azərbaycanlı bəstəkarla müğənninin xeyir işindən yeni görüntü - VİDEO

4 Mart 2020 14:35

Aparıcı Zümrüd Bədəlovanın bəstəkar qardaşı Zülfünün nişanı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, Aydan İbrahimli adlı müğənni ilə nişanlanıb.

Şəhər restoranlarından birində keçirilən məclisə şou-biznesin tanınmış simaları qatılıblar. Onlar cütlüyü təbrik edib, onlar üçün mahnılar səsləndiriblər.

Qeyd edək ki, Zülfü və Aydanın "hə" mərasimi bir neçə ay əvvəl olub.

Milli.Az