Koronavirus Polşaya çatdı

4 Mart 2020 11:47

Polşada koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Lukaş Şumovski mətbuat konfransı zamanı bildirib.

O bildirib ki, xəstə Polşaya Almaniyadan gəlib. Həmin şəxs barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, koronavirus hazırda 73 ölkədə yayılıb. Yoluxanların sayı 90 min nəfəri ötüb.

Milli.Az