Hindistanda 14 italiyalı turistdə koronavirus şübhəsi

4 Mart 2020 13:29

Hindistan hökuməti ölkəyə səfər edən italiyalı turistlərdə koronavirus şübhəsi aşkar edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İtaliyadan gəlmiş 23 nəfərdən ibarət qrup fevralın 21-də Dehliyə gəlib.

Daha sonra onlar bir neçə şəhərə səyahət edib. Fevralın 28-də onlardan bir neçəsi özünü pis hiss etməyə başlayıb. Aparılan analizlər nəticəsində 14 italiyalı və bir hindistanlı karantinə yerləşdirilib.

Onların analizləri daha dəqiq tədqiqat üçün Milli Virusologiya İnstitutuna göndərilib.

Milli.Az