İsveçrə çempionatı dayandırıldı

4 Mart 2020 13:02

İsveçrə Futbol Federasiyası ölkədə yayılmaqda olan koronavirus təhlükəsi ilə əlaqədar futbol yarışlarının dayandırılması barədə qərar qəbul edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qərara əsasən, Super Liqa da daxil olmaqla, bütün futbol turnirlərində oyunlar martın 23-nə qədər təxirə salınıb.

Rəsmi açıqlamada o da qeyd olunub ki, hökumətin verəcəyi qərarlardan asılı olaraq, bu müddət artırıla da bilər.

Qeyd edək ki, İsveçrədə koronavirus təhlükəsi ilə əlaqədar bütün kütləvi tədbirlər ləğv olunub.

Milli.Az