Muslera maaşını şəhid ailələrinə bağışladı

4 Mart 2020 14:30

"Qalatasaray"ın qapıçısı Fernado Muslera etdiyi xeyirxah addımla diqqət çəkib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, uruqvaylı qolkiper 1 aylıq maaşını (təqribən 375 min avro) İdlibdə şəhid olmuş əsgər ailələrinə bağışlayıb.

Onun bu addımı təkcə "Qalatasaray" azarkeşləri tərəfindən deyil, bütün Türkiyə tərəfindən alqışlanıb.

Milli.Az