Yunanıstan polisi miqrantları sərhəddən uzaqlaşdırmaq üçün rəngli boyalardan istifadə edir

4 Mart 2020 21:20

Yunanıstan polisi ölkə sərhədini qeyri-qanuni keçmək istəyən miqrantları uzaqlaşdırmaq üçün mavi rəngli boyadan istifadə edirlər. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, artıq dördüncü gündür ki, Evros bölgəsində vəziyyət gərgindir. Miqrantlar sərhədi keçməyə can atır, yunan mühafizə orqanları isə onlardan kimyəvi vasitələrlə qorunurlar. Mavi rəngli boya sərhədi qeyri-qanuni keçmək istəyən miqrantların tezliklə müəyyənləşdirilməsi məqsədilə onların üzərinə səpilir.

Türkiyənin qaçqınların Avropaya keçmələrinə mane olmayacağını elan edəndən sonra minlərlə miqrant Yunanıstan ilə sərhədə üz tutub.

Milli.Az