Kartoflu omlet (8 ay +)

4 Mart 2020 10:00

Yumurta ən dəyərli protein mənbələrindən biridir. İlk əvvəl körpələrə yalnız yumurta sarısı verilir. Səbəb, yumurta ağının tərkibində daha çox protein olduğu üçün allergiya potensialı daha yüksəkdir. Yumurta alergiyasi, yumurta və ya yumurta tərkibli qidaları yedikdən bir neçə dəqiqə və ya saatlar sonra, dəridə qızartı, qusma və ishal ilə ortaya çıxır. Yumurta yaxşı bişməyibsə, yumurta
tərkibində ola biləcək salmonella bakteriyası insana ötürülə bilər.

Buna görə də yumurtanın yaxşı bişirilməsinə diqqət edin.

Körpələrə, yumurta sarısını 1 çay qaşığı yedirməkmə başlanır və hər gün bir qədər artıraraq, həftənin sonunda bir yumurta sarısı verilə bilər. Hər şey normaldır və körpəniz yeyə bilərsə, heç bir problem yoxdur. Həkiminizlə məsləhətləşdikdən sonra 8 aydan əvvəl və ya sonrakı aylarda da yumurta sarısını verə bilərsiniz. Bu, körpənizin vəziyyətindən, inkişafından, allergiyaya olan həssaslığından asılı olaraq dəyişə bilər.

Dəyişiklik olaraq, körpənizə səhər kartoflu omlet yedirə bilərsiniz. Unutmayın ki, yumurtanın yalnız sarısını istifadə edəcəksiniz. Kartof yumşaq və yeməli olmalıdır. Ümumiyyətlə, kartoflu omleti 8 aylıq və ya daha sonra olan körpələr üçün uygundur.

Kartoflu omlet üçün lazım olan inqridiyentlər:

Kartoflu omletin hazırlanma qaydası:

Kartof yaxşı yuyulur, soyulur və çox xırda doğranılıb, bir qədər kraxmalı çıxması üçün suda saxlanılır. Kiçik qazana 1/2 çay stəkan su və sudan götürülən doğranmış kartof qoyulub, yumuşalana qədər bişirilir. Kartof yumşaldıqda bir qədər suyu süzülür və üzərinə zeytun yağı və feta pendiri əlavə olunub, qarışdırılır. Kartofları bir qədər əzə bilərsiz. Daha sonra yumurta sarısı
ağdan ayrılır. Yumurta sarısı kartofa əlavə olunur və qarışdırılır. Yumurta təxminən 3-4 dəqiqə bişiriləcəkdir. Bişdikdə ocaqdan  götürülür və ilıq halda körpənizə verə bilərsiniz.