Türkiyə millisində şok itki - Avropa çempionatında oynamayacaq

4 Mart 2020 10:50

Türkiyə millisinin heyətində ciddi tiki baş verib.

Milli.Az xəbər verir ki, "ay-ulduzlular"ın əsas hücumçusu olan Cenk Tosun zədələnib. İngiltərənin "Kristal Pelas" klubunun şərəfini qoruyan 28 yaşlı forvard məşq zamanı dizindən zədə alıb.

İlkin müayinələrdən sonra Cenkin 6 ay oynamayacağı məlum olub. Bu isə o deməkdir ki, təcrübəli hücumçu üçün Premyer Liqada mövsüm erkən bitib. Bundan əlavə o, Avropa çempionatında Türkiyə millisinin heyətində çıxış edə bilməyəcək.

Milli.Az