FETÖ-yə görə mühakimə olunan aktyora həbs cəzası verildi

4 Mart 2020 09:17

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən türkiyəli komediya ustası Atalay Demirci 5 il həbs cəzasına məhkum edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, haqqında "terror təşkilatına üzv olmaq" cinayəti üzrə ittiham irəli sürülən aktyor iddia ilə razılaşmayıb.O, FETÖ-çülükdə ittiham olunan Enes Kanter və Hakan Şükürlə yazışsa da, heç bir terror bağlantısının olmadığını bildirib.

Demirci bəraətini tələb etsə də, məhkəmə qərarını dəyişməyib.

Milli.Az