Birmərtəbəli ev yanıb

4 Mart 2020 08:56

Masallı rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 70 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az