Türkiyə fındıq ixracı sahəsində Azərbaycanla əməkdaşlıq edəcək

3 Mart 2020 22:00

Türkiyə fındığın dünya bazarlarına ixracı məsələsində Azərbaycanla əməkdaşlıq edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, Türkiyə və Azərbaycan fındıq istehsalı bazarında vacib iştirakçılardır:

"Türkiyə fındıq istehsalı və ixracında böyük təcrübəyə malikdir və bu istiqamətdə Azərbaycana lazımi dəstək göstərməyə hazırdır".

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan 125 milyon dollar məbləğində fındıq ixrac edib. Ölkədə fındıq bağları əsasən Qax, Zaqatala və Balakən rayonlarında yerləşir.

Milli.Az