Nazilə Səfərlidən kişilərə İSMARIŞ: “8 Mart hədiyyələrindən yayınanları çox ağır cəza gözləyir”

3 Mart 2020 18:10

"Koronavirusu bəhanə edib 8 Mart hədiyyələrindən yayınanları çox ağır cəza gözləyir".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış şairə Nazilə Səfərli İnstaqram-da yazıb. Məşhur Beynəlxalq Qadınlar Günündə kişiləri xanımlara qarşı diqqətli olmağa səsləyib:

"Belə ki, indi əksər qadınların hesab kartı var. Hədiyyənizi uzaq məsafədən edəcəksiniz. İldə bir gün bayramımız var. Onu da bizə çox görməyin. Hər qadın diqqətə layiqdir".

Milli.Az