Müdafiə naziri ön idarəetmə məntəqəsində olub - VİDEO - FOTO

3 Mart 2020 19:10

Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsində səhra şəraitində yaradılan ön idarəetmə məntəqəsində olub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ön idarəetmə məntəqəsində videokonfrans vasitəsilə Müdafiə nazirinə təlimin hazırkı vəziyyətilə bağlı məruzələr edilib.

Sonda Müdafiə naziri əsas və ehtiyat idarəetmə məntəqələrində yaradılmış qrupların fəaliyyətini izləyib.

Milli.Az