Koçaryanın məhkəməsi təxirə salındı

3 Mart 2020 20:50

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın işi üzrə məhkəmə iclası üç gün müddətinə təxirə salınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hakim Anna Danibekyan məlumat verib.

Daha əvvəl vəkillər hakimin obyektivliyinə şübhə ilə yanaşdıqlarını deyərək, onun dəyişdirilməsi barədə vəsatət qaldırıblar.

"Vəsatətlə bağlı qərar martın 6-da elan ediləcək", - Danibekyan bildirib.

Milli.Az