Koronavirusdan qorunmaq üçün üzünüzü qırxın – Kişilərə MƏSLƏHƏT

3 Mart 2020 22:05

Uzun, sıx saqqal və bığ virusun asanlıqla toplananıb gizlənəcəyi yer olduğu və maska taxarkən üzə sıx yapışmasının qarşısını aldığı üçün kişilərə üzlərini qırxmaq tövsiyə olunur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Amerika infeksion xəstəliklər mərkəzi xüsusi inforqrafika hazırlayaraq, hansı tip və formada bığ-saqqalın viruslarla effektiv mübarizədə maneə olduğunu göstərib. Əslində bu bütün viruslar üçün keçərlidir, amma indi koronavirus yayıldığı üçün yenidən saqqal-bığ problem gündəmə gəlib.

Maska və respirator təmiz üz dərisinə hermetic oturur. Belə ki, üzdə çox sayda tüklərin olması virusun ağızla keçməsini 100-300 dəfəyə kimi artırır.

Yeganə olaraq bakenbard, çənədə xırda saqqal, karandaş bığ istisnadır.

Üzdəki tüklü hissə maska taxdıqda onun icində olmalı və nazik olmalıdır. Maskadan kənara çıxma varsa, o saqqal qırxılmalıdır. Əks təqdirdə maska taxmağın bir anlamı qalmır.

Saqqalından imtina etməyənlər isə saqqal və bığlarını hər gün antibacterial sabunla dərindən yuyub, köklərinə kimi spirtləməlidirlər.

Milli.Az