Afaq plastik əməliyyat etdirməyənlərin adını açıqladı

3 Mart 2020 17:34

Aparıcı Afaq Gəncəli şou-biznesdə plastik əməliyyat etdirməyən müğənnilərin adlarını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda ARB TV-də yayımlanan "Lider mən" proqramında danışıb. Afaq "Şou-biznesin əməliyyatsız gözəli kimdir" sualına belə cavab verib:

"Manana, Sevda Yahyayeva və Elnarə Xəlilova... Saçına qaynaq taxdırmaq əməliyyat sayılmır. Sevda ilə iki həftə səfərdə olmuşam, bir dənə əməliyyat etdirməyib".

Milli.Az