Naxçıvanda ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırıldı

3 Mart 2020 16:21

2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

Milli.Az bildirir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

Qeyd edək ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafikə uyğun davam edib.

Həmçinin, bu qərar uşaq baxçalarına da aiddir.

Milli.Az