Gecə oxusu: Qapı döyülür

3 Dekabr 2011 00:30
Qapı döyülür

Kimdir orda?
Heç kim!
Sən demə, ürıyimmiş döyünən...
Yaman vurur ürəyim,
Çırpınır sənə görə.
Çöldə isə

Taxta qapımdakı dəmir əldən
Nə səs çıxır,
Nə tərpənir.
Biri ağac,
Biri dəmir.

Meteor

Qəsəbə türməsi pəncərəsindən
Bir naringi atdılar,
O da şimşək kimi çaxıb
Düşdü nəcis küpəsinə,
Ətrafa çilədi qabın içini...
Üz-gözü batmış məhbus
Gizlətmədi sevincini,
Gülə-gülə düşündü...
Sevgilim unutmayıb
Hələ yad edir məni

Tərcümə: Hamlet Qoca

Milli.Az