Ermənistanda koronavirus qıtlıq yaratdı - Maska və dərman yoxa çıxdı

3 Mart 2020 18:29

Ermənistanın "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan hökumətin koronavirusun yayılmasına qarşı gördüyü tədbirlərin yararsız və səmərəsiz olduğunu bəyan edib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, erməni KİV-ə açıqlamasında partiya fəalı bildirib ki, hakimiyyət vaxtında tövsiyələrə məhəl qoymadı, bu gün isə özünə haqq qazandırmağa çalışır. O əlavə edib ki, apteklərdə qoruyucu maska və dərman tapmaq mümkün deyil.

Daha sonra isə Q.Tsarukyan, əslində, onun maskaya heç ehtiyacı olmadığını da qeyd edib. Bunun isə çox gülməli açıqlamasını verib: "Mehriban insanlara bu virus heç yoluxmur".

2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 60-dan çox ölkəsini sarıb və dünyada ümumilikdə bu virusa yoluxanların sayı 80 mini keçib, 3 mindən çox adam ölüb.

Milli.Az