"Qəbələ"nin futbolçusu turun ən yaxşısı oldu

3 Mart 2020 18:18

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün XIX turunun ən yaxşı futbolçusu məlum olub. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "InStat"ın təhlilinə əsasən, 324 göstərici ilə "Qəbələ"nın müdafiəçisi Qismət Alıyev ən yaxşı seçilib.

O, "Zirə"yə qarşı görüşdə (1:2) 90 dəqiqə meydanda olub.

Milli.Az