Türkiyə klubunda yeni baş məşqçi

3 Mart 2020 17:45

Türkiyənin "Çaykur Rizəspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az xəbər verir ki, Super Liqa təmsilçisinin sükarı arxasına Ünal Karaman gətirilib. 53 yaşlı mütəxəssislə 1 il 6 aylıq müqavilə imzalanıb. 

Qeyd edək ki, Son iş yeri "Trabzonspor" olan Ünal Karaman bir neçə gün əvvəl istefaya göndərilən İsmail Kartalı əvəz edib.

Milli.Az