İran koronavirusa görə Rusiyadan kömək istədi

3 Mart 2020 17:17

Rəsmi Tehran koronavirusla mübarizədə Moskvadan kömək istəyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali açıqlama verib.

"Biz bütün ölkələrdən, o cümlədən tərəfdaşlarımızdan gələn humanitar yardımları qiymətləndiririk", - səfir qeyd edib.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin yeni tip koronavirusun yayılmasına qarşı çıxmaq üçün Rusiyanın İrana yardım göstərməyə hazır olduğunu bildirmişdi.

Milli.Az