Ukraynada koronavirusa ilk yoluxma halı qeydə alınıb

3 Mart 2020 13:58

Ukraynada koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yoluxma Çernovtsı şəhərində aşkar edilib.

Qeyd edilir ki, İtaliyadan qayıtmış şəxs koronavirusa yoluxub. O, xəstəxanaya yerləşdirilib.

Hazırda həmin şəxsin ünsiyyətdə olduğu insanlar araşdırılır.

Milli.Az