"Makiyajsız daha gözəlik"

3 Mart 2020 16:22

Aparıcı Lalə Azərtaş bu dəfə makiyajsız fotolarını İnstaqram izləyiciləri ilə bölüşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hər dəfə fərqli obrazlarda və makiyajda şəkillərini yayımlayan aparıcı ilk dəfəb elə bir addım atıb.

Lalə paylaşımına "Bəzən işlə əlaqədar o qədər makiyajda oluruq ki, özümüzü qrimsiz görəndə qəribə gəlir. Amma səmimi fikrim - biz makiyajsız daha gözəlik. Çünki bu torpağın suyunu içib, havasını uduruq" sözlərini yazıb.

İzləyiciləri də Azərtaşın makiyajsız şəkillərinə təriflər yağdırıb.

Milli.Az