Basketbol üzrə Azərbaycan çempionatının oyunları da təxirə salındı

3 Mart 2020 13:22

Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında məlumat yayılıb.

Məlumata görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.

Milli.Az