Ermənistan hökuməti koronavirus təhlükəsi ilə əlaqədar İranla yerüstü əlaqəni daha iki həftə müddətinə məhdudlaşdırıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.
Onun sözlərinə görə, məhdudiyyət martın 24-dək qüvvədə qalacaq.
Bu qərar hökumətin iclasında qəbul edilib və martın 4-də qüvvəyə minəcək.
Qeyd edək ki, Covid-19 virusu ilə əlaqədar Ermənistan İranla yerüstü əlaqəni məhdudlaşdırmışdı. Martın 2-də isə iki ölkə arasında viza rejiminin bərpa olunması qərara alınmışdı.
Milli.Az