"Yuventus" - "Lion" oyunu azarkeşsiz keçirilə bilər

3 Mart 2020 14:21

Çempionlar Liqasının 18 final mərhələsinin "Yuventus" - "Lion" cavab oyunu koronavuris səbəbindən azarkeşsiz keçirilə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. Bildirilir ki, UEFA bununla bağlı İtaliyadakı vəziyyəti yaxından izləyir.

Qeyd edək ki, "Yuventus" - "Lion" görüşü martın 17-i keçiriləcək. Bu komandalar arasında ilk matçda Turin klubu 0:1 hesabı ilə uduzub.

Milli.Az