Təmas xəttində növbəti monitorinq keçiriləcək

3 Mart 2020 12:58

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 4-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata əsasən, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçirəcəklər.

Milli.Az