"BMW"sinin güzgüsünü cızan oğlanı bir yumruqla öldürdü - FOTO

3 Mart 2020 13:09

31 yaşlı kişi avtomobilinə zərər vuran yeniyetməni bir yumruqla öldürüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, olay İngiltərənin Norfolk qraflığının Norviç şəhərində yaşanıb.

31 yaşlı Liam Russell adlı kişi "BMW" markalı avtomobilinin güzgüsünə zərər vuran 17 yaşlı oğlanı bir zərbə ilə yerə sərib. Reece Hornibroo adlı yeniyetmə şüursuz vəziyyətdə "Queen Elizabeth Hospital"ına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, iki gün sonra sözügedən hospitalda dünyasını dəyişib.

Liam Russell cinayətlə bağlı saxlanılıb. O, ifadəsində bildirib ki, mübahisə əsnasında əsəblərinə hakim ola bilməyib və oğlanı yumruqlayıb. O cinayət törətmədiyini söyləyib və onu öldürmək niyyətində olmadığını dilə gətirib.

Məhkəmə sənədlərinə görə Liam Russel hadisəni törədən zaman kokain və spirtli içkinin təsiri altında olub.

Məhkəmə növbəti tarixə ertələnib.

Emin
Milli.Az