Ərdoğan Merkellə qaçqınlar üzrə məsuliyyətin bölünməsini müzakirə edib

3 Mart 2020 13:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər ikitərəfli və regional məsələlər, o cümlədən İdlibdəki vəziyyət və suriyalı qaçqınlar məsələsini müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, qaçqınlarla bağlı beynəlxalq öhdəliklərə riayət etmək və məsuliyyətin ədalətli ölünməsini təmin etmək lazımdır.

Milli.Az