Çavuşoğlu və Stoltenberq İdlibdəki vəziyyəti müzakirə ediblər

2 Mart 2020 23:10

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər İdlibdəki vəziyyət və suriyalı miqrantlar məsələsini müzakirə ediblər.

NATO-nun katibi telefon danışığı zamanı Suriyadakı vəziyyət üzrə Türkiyəyə dəstəyini ifadə edib.

Milli.Az