"Neftçi" "Xəzər Lənkəran"ı lider etdi
18 Aprel 2010 23:27
"Olimpik-Şüvəlan" və "Standard" komandaları arasında oyun 1:0 hesabı ilə birincinin xeyrinə başa çatmışdır. Yeganə qolun müəllifi Viktor İqbekoi olub.
"İnter" klubu ilə qarşılaşan "Neftçi" rəqibindən daha yaxşı oynayaraq qələbə qazanıbr. Cavid Hüseynovun 10-cu dəqiqədə vurduğu top görüşün müqəddəratını həll edib - 1:0.
"Muğan"-"Turan" oyununda isə hesab açılmayıb - 0:0.
Hazırda 25 xal toplamış "Xəzər-Lənkəran" birinci yerdədir. "Neftçi"yə məğlubiyyətindən sonra 24 xalla qalmış "İnter" liderliyi qaytara bilməyib.
/AzərTAc/