Misirin turizm məkanlarında Çinlə həmrəylik nümayiş etdirilib

2 Mart 2020 22:55

Misirin ən böyük turizm məkanlarında koronavirusdan əziyyət çəkən Çin xalqı ilə həmrəylik nümayiş etdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misirin Turizm və Qədim Abidələr Nazirliyinin göstərişi ilə üç gün müddətində Qahirə qalası, Luksordakı Karnak və Asuandakı Filae məbədləri Çinin dövlət bayrağının rənginə boyanıb.

Çin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Misirin Səhiyyə naziri Hala Zayed də Pekinə yola düşüb. Səfər zamanı Çinin mütəxəssisləri ilə koronavirusun qarşısının alınması və onun müalicə yolları ilə əlaqədar müzakirələr aparılacaq.

Milli.Az