Fransada koronavirusdan daha 2 nəfər öldü

2 Mart 2020 19:17

Fransada daha 2 nəfər koronavirusdan dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölüm faktı Uaz departamentində qeydə alınıb. Ölənlərdən biri kişi, digəri qadındır. Bununla da Fransada koronavirusdan ölənlərin sayı 4 nəfərə çatıb.

Qeyd edək ki, Fransada 130-dan çox insan Covid-19 daşıyıcısıdır.

Milli.Az