Eden Hazard əməliyyat üçün ABŞ-a yollanacaq

2 Mart 2020 19:56

"Real"ın futbolçusu Eden Hazard əməliyyat olunacaq.

Milli.Az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin əməliyyatı ABŞ-da gerçəkləşəcək.

La Liqanın 25-ci turunda "Levante" ilə görüşdə zədələnən 29 yaşlı futbolçunun 2-3 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Hazard bu mövsüm La Liqada 10 oyun keçirib, 1 qol vurub və 1 assist edib.

Milli.Az