Azərbaycan XİN uğurlu parlament seçkiləri münasibətilə İranı təbrik edib

2 Mart 2020 17:15

Biz İran İslam Respublikasının Hökumətini ölkədə uğurlu parlament seçkiləri keçirməsi münasibətilə təbrik edirik. İnanırıq ki, iki ölkə arasında əməkdaşlıq əlaqələri davam etdiriləcəkdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarakən bildirib.

Qeyd edək ki, bu ilin 21 fevral tarixində İran İslam Şurası Məclisinə seçkilər keçirilib.

Milli.Az