Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - FOTO - VİDEO

2 Mart 2020 17:10

Genişmiqyaslı komanda-qərargah təlimlərinin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Milli.Az