"Trabzonspor" ulduz futbolçusu Daniel Stariclə yolları ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərəli hücumçunun 2021-ci ilin may ayına qədər olan müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, Stariç mövsümün əvvəlində "Liverpul"dan ayrılaraq Trabzon təmsilçisinə keçmişdi. O, komandada 16 oyuna 7 qol vurub, 4 qol ötürməsi edib.
Milli.Az