Bu məktəblilər də 5 yaşlılarla eyni hüquqa malikdirlər - Nazirlik

2 Mart 2020 15:54

İl ərzində 7 və 8 yaşında məktəbə gedəcək uşaqlar da 5 yaşlılarla eyni hüquqa malikdirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib.

Onun sözlərinə görə, həm xüsusi, həm də ümumtəhsil müəssisələrinin evdə təhsil alacaq uşaqları elektron sistem vasitəsilə I sinfə qəbul ediləcək:

"Onlar martın 10-dan qeydiyyatdan keçib, martın 13-dən başlayaraq istədikləri məktəblə bağlı elektron sistem vasitəsilə sorğu yerləşdirə bilərlər".

Milli.Az