İbtidai siniflərdə rus bölməsi üçün vakant yerlərin sayı məlum oldu

2 Mart 2020 15:39

Təhsil Nazirliyi ölkənin orta məktəblərində rus bölməsi üzrə vakant olan ibtidai sinif müəllimlərinin sayını açıqlayıb.

Statistikaya əsasən rus bölməsi üzrə respublikada 11 ibtidai sinif müəlliminə ehtiyac var.

Milli.Az Trend-ə istinadən bildirir ki, Təhsil Nazirliyinin Yerli təhsil idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimov bildirib ki, bu say Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir:

"Həmin yerlər yerli təhsil idarəetmə orqanları tərəfindən vakant yer kimi təqdim edilib. Hesab edirik ki, müəllimlərin işə qəbulu müsabiqəsində həmin vakant yerlər dolacaq".

Milli.Az