İranda koronavirusa yoluxmamaq üçün türbələri yalayırlar - FOTO

2 Mart 2020 12:53

Sosial şəbəkələrdə yayılan görüntülər dəhşətə gətirir.

Milli.Az Milliyet-ə istinadla xəbər verir ki, kadrlar İranda çəkilib. Görüntülərdə koronavirusdan qorxan iranlıların cahilliyi əks olunub.

Belə ki, xəstəlikdən qorxuya düşən iranlılar türbələri yalayırlar. Onlar bunu etdikləri təqdirdə virusa yoluxmayacaqlarına inanırlar.

Qeyd edək ki, ən son statistikaya görə İranda 978 nəfər koronavirusa yoluxub, 55 nəfər xəstəlikdən dünyasını dəyişib.

Emin
Milli.Az